Xəzər Xəbər

Hacıqabulda qızılcaya yoluxan gənc Bakıya xəstəxanaya aparılarkən yolda KEÇİNİB

Cəmiyyət | 16:41 • 5 May 2024
Hacıqabulda qızılcaya yoluxan gənc Bakıya xəstəxanaya aparılarkən yolda

Hacıqabulda qızılcaya yoluxan gənc Bakıya xəstəxanaya aparılarkən yolda keçinib.

Xezerxeber.az-ın məlumatına görə, gecə saat 03:50 radələrində rayonun II Udullu kənd sakini, 2007-ci il təvəllüdlü Qarayeva Ayişə Eyvaz qızı yüksək hərarətlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Vəziyyəti ağır olduğundan o, təcili yardım briqadası tərəfindən Bakıya aparılıb. Lakin Qaradağ rayonu ərazisində qız yolda keçinib.

Onun qızılcadan öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti