Xəzər Xəbər

Dünyada neft-qaz qazma qurğularının sayı azalıb

İqtisadiyyat | 13:13 • 4 May 2024
Dünyada neft-qaz qazma qurğularının sayı azalıb

Bu ilin aprel ayının sonunda dünyada neft-qaz qazma qurğularının sayı 1726-ya enib, halbuki martda bu rəqəm 1793-ə çatmışdı.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb.

Bildirilib ki, aprel ayında dünyada neft-qaz qazma qurğularının sayı aylıq 67 ədəd, illik bazda isə 82 ədəd azalıb. Eyni zamanda, qlobal səviyyədə azalma ardıcıl ikinci aydır ki, qeydə alınıb.

Azalma əsasən Şimali Amerika ilə bağlıdır. Belə ki, ABŞ-da bu göstərici mart ayı ilə müqayisədə 8 ədəd azalaraq 617-yə, Kanadada isə 66 ədəd azalaraq 131-ə düşüb. Yaxın Şərqdə bu rəqəm 1 ədəd, Afrikada isə 3 ədəd azalıb.

Analitiklər Asiya-Sakit Okean regionunda (8 ədəd artım), Avropada (2 ədəd artım) və Latın Amerikasında (1 ədəd artım) əks dinamika qeydə alıblar.

Xəbər lenti