Xəzər Xəbər

Qubadlının açarı hesab olunan əməliyyat necə icra edildi? VİDEO

Veb TV | 21:16 • 24 Oktyabr 2022
Qubadlının açarı hesab olunan əməliyyat necə icra edildi?

24 oktyabr. Müharibənin 28-ci günündə cəbhədə Qubadlı uğrunda qızğın döyüşlər davam edir. Azərbaycan ordusu yüksək peşəkarlıqla Qubadlının açarı hesab olunan Yazı Düzü əməliyyatlarını icra edir. Düşmən isə əlində olan bütün imkanlardan istifadə edib hücuma keçməyə çalışsa da elə texnikaları ilə birlikdə məhv edilir. Bu gün həm də 30 ildən sonra ilk dəfə Azərbaycan əsgərinin ayağı Laçın torpağına dəyir.

Döyüşlərin 28 ci günü Qubadlının taleyinin həll olunmasına saatlar qalıb. Bunu  anlayan düşmən əlavə qüvvələr cəlb edərək böyük bir əks hücuma başlayır.

Zərgər dəqiqliyi ilə hazırlanan döyüş planında bütün pusqu nöqtələri əvvəlcədən nəzərə alınmışdı. Bölmələrimiz dəqiq bilirdilər ki, düşmən hansı pusqu nöqtələrindən tələ qura bilərlər. Buna görə də, Ermənistan ordusunun bölmələri gəlmədən öncə gecə ilə əks pusqu qurulur.

Pusquya düşən qüvvələrin xüsusi təyinatlı olması günlərdir ki, müdafiədə dayanan hərbçilərdə də böyük inamsızlıq yaradır.  Sürətli hücumla onlar Qubadlının açarı olan  yazı düzündən çıxarılırlar.

Azərbaycan ordusu ilə Qubadlı şəhəri arasında artıq metrlərlə məsafə qalır. Son əməliyyat üçün isə gecə döyüşlərinə yekun  hazırlıqlar görülür.

Dövlət sərhəddində isə döyüşlər səngimirdi. Düşməni İran sərhədindən təmizlədikdən sonra artıq növbə Ermənistanla Azərbaycanın dövlət sərhəddində idi.

Suqovuşan əks hücumların qarşısının alınması üçün döyüşür, Laçın torpağına ilk dəfə Azərbaycan əsgərinin ayağı dəyir, Qırmızıbazarda müqavimət göstərən düşmənin isə ağlına gəlmir ki, məhz bu gün Azərbaycan üçün Şuşa əməliyyatı başlayıb.

Xəbər lenti

Un bahalaşdı VİDEO
19:34 • 21 May 2024