Xəzər Xəbər

Avtobuslar üçün xüsusi zolaqlar çəkilir: Tıxac aradan qalxacaq? VİDEO

Veb TV | 21:42 • 24 Oktyabr 2022
Avtobuslar üçün xüsusi zolaqlar çəkilir: Tıxac aradan qalxacaq?

Ziya Bünyadov prospektində avtobus zolağı salınır. Gün ərzində ən çox tıxacın yaşandığı bu yolda avtobus zolağının çəkilməsi birmənalı qarşılanmayıb. Belə bir sual ortaya çıxır: tıxaclı yolda avtobus zolağının salınmasının müsbət nəticəsi olacaqmı? Elə növbəti süjetimiz də bu sual ətrafındadır.

Ziya Bünyadov prospektində - "Koroğlu" metrostansiyasının yaxınlığından üzü "20 yanvar"a doğru avtobus zolağı salınır. Xətlənmə işləri artıq yekunlaşıb, nişanlanma işlərinin də yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulub. Ondan sonra günün istənilən saatında həmin zolağa daxil olan kənar sürücülər 40 manat məbləğində cərimələnəcəklər.

Sürücülər isə bu zolağın tıxacı daha da artıracağı qənaətindədirlər.

Sürücülər deyirlər ki, əgər günün bəzi saatlarında bu avtobus zolağına minik avtomobillərinin də daxil olmasına icazə verilsə, müsbət nəticə əldə etmək olar.

Vəziyyətin sərnişinlərin xeyrinə dəyişəcəyini düşünənlər də var...

Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyir ki, bu məsələdə əsas məsələ zolaqda hərəkət edən avtobusların sayının artırılmasıdır. 

Ekspertin fikrincə, günün pik saatlarında həmin zolaqda digər nəqliyyat vasitələrinin də hərəkəti təmin olunmalıdır. 

Xəbər lenti