Xəzər Xəbər

Vaşinqtonda Azərbaycan səfirliyinin avtomobilinə atəş açılıb VİDEO

Azərbaycanın Vaşinqtondakı səfirliyinin xidməti avtomobilinə atəş açılıb
Veb TV | 22:05 • 12 Oktyabr 2022
Vaşinqtonda Azərbaycan səfirliyinin avtomobilinə atəş açılıb

Ölkəmizin ABŞ-dakı səfirliyinin avtomobilinə atəş açılıb. Xarici işlər nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva məsələ ilə əlaqədar ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkilinin Xarici İşlər Nazirliyinə çağırıldığını bildirib. Qeyd edib ki, baş vermiş hadisə ilə bağlı ciddi narazılıq ifadə edilib və Azərbaycan diplomatik nümayəndəliyinin təhlükəsizliyinin təmin edilməsi tələbi qarşı tərəfin diqqətinə çatdırılıb.

Azərbaycanın Amerika  Birləşmiş Ştatlarındakı səfirliyinin xidməti avtomobilinə atəş açılıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki , baş vermiş hadisə ilə bağlı diplomatik nümayəndəliyimiz tərəfindən dərhal ABŞ-ın  müvafiq qurumlarına məlumat verilib, kamera görüntüləri qarşı tərəfə təqdim edilib. 

Xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizin təhlükəsizliyinin təmin edilməsi ev sahibi ölkəsinin beynəlxalq konvensiya ilə üzərinə götürdüyü öhdəliyidir deyə Leyla Abdullayeva vurğulayıb.

Xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizə qarşı edilən hücumlarla bağlı aparılan istintaq tədbirləri XİN-in nəzarətində saxlanılacaq deyə Leyla Abdullayeva vurğulayıb.

 

Xəbər lenti

Çox oxunanlar