Xəzər Xəbər

Asan İmzanın qiyməti niyə bahalaşır? VİDEO

Veb TV | 22:17 • 12 Oktyabr 2022
Asan İmzanın qiyməti niyə bahalaşır?

"Asan İmza"nın qiyməti də artıb. Qiymət 23 manatdan 26 manata yüksəlib. "Asan İmza" satıcıları deyirlər ki, ümumiyyətlə son vaxtlar bu növ imza alanların sayı azalıb.

Dövlət Vergi Xidmətindən bildirdilər ki, "Asan İmza" informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsinin genişləndirilməsi və göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi məqsədi ilə Asan Sertifikat Xidmətləri Mərkəzi tərəfindən hüquqi və fiziki şəxslərə sertifikat xidmətinin göstərilməsi ilə bağlı olaraq tətbiq olunur. 

Ümumi nəzarəti Dövlət Vergi Xidməti həyata keçirsə də, xidmətin təminatçısı "BEST Solutions" şirkətidir. Qiymət artımı ilə bağlı şirkətə ünvanladığımız müraciət isə cavabsız qaldı...

"Asan İmza"nın rəsmi dillerindən birinin satıcısı deyir ki, son vaxtlar bu imza üçün müraciət edənlərin sayı azalıb.

Vətəndaşlar arasında keçirdiyimiz sorğudan belə məlum oldu ki, ölkəmizdə "Asan İmza"dan istifadə edən xeyli sayda insan var.

Ekspertlər düşünürlər ki, Asan İmza-nın rüsumu artmaqda davam edərsə, bu, ölkədə elektron xidmətlərə marağın azalmasına gətirib çıxara bilər.

 

Xəbər lenti