Xəzər Xəbər

Azərbaycanın yol təsərrüfatına böyük məbləğdə maddi ziyan dəyib VİDEO

Veb TV | 19:54 • 28 Oktyabr 2021
Azərbaycanın yol təsərrüfatına böyük məbləğdə maddi ziyan dəyib

Qəzalar səbəbindən Azərbaycanın yol təsərrüfatına dəymiş maddi ziyanın məbləği açıqlanıb.

Xezerxeber.az-ın məlumatına görə, Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib ki, bu ilin yanvar-sentyabr ayları ərzində yol təsərrüfatına yarım milyon manatdan çox ziyan dəyib. Onun sözlərinə görə, dəymiş zərərin müəyyən hissəsi hadisəni törədənlər tərəfindən ödənib.

Bu ilin 9 ayında həmçinin 65 p/m beton bardürlər, 177 p/m mühafizə çəpəri, 15 yol nişanı, 4 məlumat lövhəsi, 3 dayanacaq, 18 səsboğucu lövhə, 1 hidravlik baryer və mühərriki, 164 kvadratmetr alkopan üzlük və 25 metr körpü məhəccəri yararsız hala düşüb.

Anar Nəcəfli xəbərdarlıq edib ki, sürücülər yol təsərrüfatına vurduqları ziyanı ödəməmək üçün hadisə yerindən yayınmaqla məsuliyyətdən yayındıqlarını zənn etməsinlər.

Xatırladaq ki, bu ilin 9 ayı ərzində 56 yol- nəqliyyat hadisəsi törətmiş sürücü məlum olmadığı üçün onların tapılması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti