Xəzər Xəbər

Tovuzda üç nəfər dəm qazında zəhərlənib, biri vəfat edib VİDEO

Veb TV | 20:06 • 19 May 2024
Tovuzda üç nəfər dəm qazında zəhərlənib, biri vəfat edib

Tovuzda bir ailənin üç üzvü dəm qazından zəhərlənib.

Xezerxeber.az-ın məlumatına görə, rayonun Əlibəyli kəndindəki evlərinə həftəsonu istirahətə gedən 54 yaşlı Gülşən Əmrahova, oğlu - 20 yaşlı Əmrah Əmrahov və gəlini - 20 yaşlı Aysun Əhmədova dəm qazından zəhərləniblər. Bildirilib ki, 54 yaşlı qadın dəm qazından boğularaq yerindəcə dünyasını dəyişib. Digər 2 nəfər isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Tovuz  Rayon  Prokurorluğunda araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar