Xəzər Xəbər

İki ölkədən heyvandarlıq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub

İqtisadiyyat | 14:27 • 17 May 2024
İki ölkədən heyvandarlıq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Cənubi Afrika Respublikasının Şərqi Keyp əyalətində dabaq, Almaniya Federativ Respublikasının Reynland-Pfalts vilayətində isə blutanq xəstəliyi qeydə alınıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Şərqi Keyp əyalətində xəstəlik baş vermiş təsərrüfatdan 10 kilometr radiusdakı məsafədən çütdırnaqlı heyvanların (iri və xırdabuynuzlu heyvanlar, donuz, dəvə və s.), habelə onlara aid xammal və məhsulların idxalına və tranzit daşınmasına, Reynland-Pfalts vilayətində xəstəlik baş vermiş təsərrüfatdan 150 kilometr radiusda olan məsafədən bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, həmçinin onlara aid genetik materialların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq edilib.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə həmin inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan, habelə Azərbaycan ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.

Xəbər lenti

Çox oxunanlar