Xəzər Xəbər

“Google Chrome” istifadəçilərinə XƏBƏRDARLIQ

Texnologiya | 10:02 • 12 May 2024
“Google Chrome” istifadəçilərinə XƏBƏRDARLIQ

“Google” anonim informasiya təhlükəsizliyi eksperti tərəfindən aşkar edilmiş "CVE-2024-4671" boşluğunu aradan qaldıran “Chrome” brauzeri üçün təhlükəsizlik yeniləməsini buraxıb.

Məlumata görə, hakerlər bu boşluqdan fəal şəkildə istifadə edirlər.

Boşluğun təcavüzkarlar tərəfindən necə istifadə edildiyi barədə təfərrüat açıqlanmır. Lakin bu, icazəsiz məlumat sızıntısına, sistem xətalarına və hətta kodun cihazın uzaqdan idarə edilməsinə səbəb ola bilər.

İstifadəçilərə mümkün kiberhücumların qarşısını almaq üçün brauzerlərini yeniləmələri tövsiyə olunur.

Mənbə: gazeta.ru

Xəbər lenti

Çox oxunanlar