Xəzər Xəbər

Böyük Qayıdışa dair Proqramın icrası ilə bağlı monitorinqlərin nəticələri müzakirə olunub

İqtisadiyyat | 16:17 • 17 May 2024
Böyük Qayıdışa dair Proqramın icrası ilə bağlı monitorinqlərin nəticələri müzakirə olunub

Mayın 15-17-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatının rəhbəri Rüfət Məmmədovun rəhbərliyi ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası ilə bağlı 2023-cü ildə və 2024-cü ilin 4 ayı ərzində aparılan monitorinqlərin nəticələrinə dair müşavirə keçirilib.

Bu barədə Xezerxeber.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, Nazirlər Kabinetində keçirilən müşavirədə Dövlət Proqramının icrası ilə bağlı aidiyyəti dövlət qurumlarının rəhbərlərinin müavinləri və digər məsul şəxslər iştirak ediblər.

Tədbirdə 2023-cü il və cari ilin 4 ayı üzrə monitorinq hesabatları təqdim olunub, təkliflər dinlənilib və Dövlət Proqramının növbəti mərhələdə qarşıda duran vəzifələrinin icrasına dair müzakirələr aparılıb.

Müzakirələr zamanı müşahidə olunan əsas çətinliklər və növbəti müddətdə diqqət yetirilməli istiqamətlər vurğulanıb, Dövlət Proqramının icrası müddətində həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr, aparılan quruculuq işlərinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsini, əhalinin dayanıqlı məskunlaşmasını təmin edəcəyi qeyd olunub.

Müşavirədə, həmçinin Nazirlər Kabinetinin 2023-cü il 13 dekabr tarixli 942s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2024-2026-cı illərdə əhalinin məşğulluq imkanlarının artırılmasına dair Tədbirlər Planı”nın icrası ilə əlaqədar əhalinin qayıdış ardıcıllığı nəzərə alınmaqla məşğulluq imkanlarının qiymətləndirilməsi, vakansiyalar üzrə işin aparılması, peşə təhsilinin və hazırlığının təşkili, ictimai işlərə və özünüməşğulluq proqramına cəlb edilməsi və digər bu kimi aktiv proqramların dəstəklənməsi istiqamətində işlərin icrasının gedişi barədə də müzakirələr aparılıb.

Dövlət Proqramının icrasına nəzarət işlərinin operativ və dayanıqlı həlli üçün aidiyyəti dövlət qurumlarına müvafiq tövsiyə və tapşırıqlar verilib.

Rubrikanın digər xəbərləri

"Naxçıvan Bank" BOKT-a
"Naxçıvan Bank" BOKT-a ÇEVRİLİR
11:52 • 20 İyun 2024
Azərbaycan neftinin qiyməti 88 dollara
Azərbaycan neftinin qiyməti 88 dollara ÇATDI
09:20 • 20 İyun 2024
Orta aylıq əməkhaqqı 1 000 manatı
Orta aylıq əməkhaqqı 1 000 manatı KEÇDİ
12:29 • 12 İyun 2024
Şərqi Zəngəzurda iki faydalı qazıntı yatağı ilk dəfə
Şərqi Zəngəzurda iki faydalı qazıntı yatağı ilk dəfə HƏRRACA ÇIXARILIR
09:35 • 12 İyun 2024
Azərbaycan neftinin qiyməti
Azərbaycan neftinin qiyməti 82 dollar
09:36 • 11 İyun 2024
Mastercard tezliklə Azərbaycanda süni intellekt
Mastercard tezliklə Azərbaycanda süni intellekt YARADIR
10:30 • 10 İyun 2024
Laçın və Ağalıda kiçik bizneslər
Laçın və Ağalıda kiçik bizneslər YARADILDI
11:44 • 7 İyun 2024

Xəbər lenti