Xəzər Xəbər

Toyunu təxirə salıb, döyüşə yollandı... - Şəhid Cahan Məmmədzadə böyük şücaət göstərib VİDEO

Veb TV | 21:51 • 28 Oktyabr 2021
Toyunu təxirə salıb, döyüşə yollandı... - Şəhid Cahan Məmmədzadə böyük şücaət göstərib

Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə böyük şücaət göstərən igid hərbçilərimizdən biri də Cahan Məmmədzadə olub.

Xezerxeber.az-ın məlumatına görə, Cəbrayıl və Füzuli rayonlarının işğaldan azad edən oğullardan olan Cahan qəhrəmancasına vuruşaraq düz Şuşaya kimi gedib çıxır.

Elə bu istiqamətdə də şəhadətə yüksəlir.

2015-ci ildə Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin "Gizir hazırlığı kursu"nu bitirərək, Baş Qərargah rəisinin  əmri ilə "gizir" hərbi rütbəsini alan Cahan 2016-ci ildə Aprel döyüşlərində də fəal iştirak edib. 44 günlük Vətən müharibəsində isə qəhrəmanımız canı, qanı hesabına silinməz iz buraxır. İndi onun evinin ən gözəl guşəsini ölümündən sonra layiq görüldüyü  "Vətən uğrunda", "Hərbi xidmətlərə görə" və "Şuşanın azad olunmasına görə" medalları bəzəyir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti