Xəzər Xəbər

Gəncədə ev yanıb, bir ailənin 3 üzvü ölüb VİDEO

Veb TV | 20:33 • 28 Oktyabr 2021
Gəncədə ev yanıb, bir ailənin 3 üzvü ölüb

Bu gün Gəncədə yanan evdə bir ailənin 3 üzvü ölüb.

Xezerxeber.az-ın məlumatına görə, dəhşətli hadisə Kəpəz rayonundakı fərdi yaşayış evlərindən birində baş verib.

Fövqəladə Hallar Nazirliyinin   "112" qaynar xəttinə yanğın barədə məlumat daxil olan kimi ilk yanğınsöndürmə avtomobili saat 04:27-də hadisə yerinə çatıb və alovların söndürülməsi işlərinə başlanıb. Ümumi sahəsi 160 kvadratmetr olan birmərtəbəli dördotaqlı evdə baş verən yanğının kəşfiyyatı zamanı 1990-cı il təvəllüdlü Məmmədov Bahəddin Qəşəm oğlu, onun övladları- 2007-ci il təvəllüdlü Turqay və 2012-ci il təvəllüdlü Mələkin meyitləri aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti