Xəzər Xəbər

Sel suları Xaçmaz-Quba yolunda hərəkəti çətinləşdirib

Region | 19:06 • 18 May 2024
Sel suları Xaçmaz-Quba yolunda hərəkəti çətinləşdirib

Sel suları Xaçmaz-Quba yolunda avtomobillərin hərəkətini çətinləşdirib.

Xezerxeber.az xəbər verir ki, mayın 18-i Xaçmazda yağan qısamüddətli leysan yağışı nəticəsində yaranan sel suları avtomobil yolunda böyük gölməçə əmələ gətirib. Bununla əlaqədar sürücülər Xaçmaz-Quba yolunun Bakı-Quba-Rusiya Federasiyası sərhədi yeni avtomobil yolu ilə kəsişməsindəki keçiddə çətinliklə hərəkət edirlər. Suyun axarı olmadığından ərazidə 10-15 metr məsafədə 30-40 santimetr dərinliyində sel suları toplanıb.

Əraziyə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub və müvafiq dövlət qurumlarına məlumat verilib.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024