Xəzər Xəbər

Azərbaycan sülhməramlılarının Əfqanıstandakı xidməti uğurla davam edir VİDEO

Veb TV | 20:38 • 22 Avqust 2021
Azərbaycan sülhməramlılarının Əfqanıstandakı xidməti uğurla davam edir

Əfqanıstanın paytaxtı Kabildə ölkədən ayrılmaq istəyənlərin gözlədiyi Həmid Kərzai Beynəlxalq Hava Limani və ətrafinda Azərbaycan və Türkiyə hərbçiləri çiyin-çiyinə xidmət göstərirlər.

Türkiyənin "Anadolu" agentliyi hərbçilərimizin yeni görüntülərini yayib. Görüntülərdən məlum olur ki, hərbçilərimiz Türkiyə əsgərləri ilə birlikdə hava limanının təhlükəsizliyi üçün 24 saat ehtiyacı olanlara əl uzadırlar.

Xezerxeber.az-ın məlumatına görə, üçrəngli Azərbaycan bayrağı ilə vətəninin qürür mənbəyi olan hərbçilərimiz Əfqanıstanın ən çətin günündə onlarla insanın köməyi olur. Hərbçilərmiz qardaş Türkiyə əsgərləri ilə birlikdə "Taliban"ın nəzarətində olan Əfqanıstanın ən strateji obyektinin mühafizəsini təşkil edirlər.

Hərbçilərimizin əsas vəzifəsi Kabil Hava Limanının təhlükəsizliyini təmin etməkdir. Türkiyə əsgərləri ilə birlikdə Azərbaycan hərbçiləri sülhməramlı missiyasını yerinə yetirirlər.

"Anadolu" agentlyinin çəkdiyi kadrlarda hərbçilərimiz ailələrini narahat olmamağa səsləyib. Onlar xidmətləri başa çatdıqdan sonra yenidən vətənə qayıdacaq.

Qeyd edək ki, hazırda bu ölkədəki Azərbaycan sülhməramlılarının sayı 120 nəfərdir. Onların faktiki vəzifələri Əfqanıstan təhlükəsizlik qüvvələrinə təlim keçmək, məsləhətlər vermək, yardım göstərmək və dəstək olmaqdır. Azərbaycan hərbçiləri digər ölkələrin qoşunları ilə birlikdə Əfqanıstanın müxtəlif şəhərlərində fəaliyyət göstərirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:  

Xəbər lenti