Xəzər Xəbər

Qəhrəman şəhidimiz Röyal Məmmədov Vətən müharibəsində böyük şücaət göstərib VİDEO

Veb TV | 20:44 • 22 Avqust 2021
Qəhrəman şəhidimiz Röyal Məmmədov Vətən müharibəsində böyük şücaət göstərib

Vətən müharibəsində canından keçən igid hərbçilərimizdən biri də Röyal Məmmədov olub.

Xezerxeber.az-ın məlumatına görə, şəhid Röyal Məmmədov 1990-cı il oktyabrın 12-də Şamaxı rayonunun Kürdəmic kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 2009-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. Xidmətini başa vurduqdan sonra atasına kömək etmək məqsədilə onunla birlikdə müxtəlif yerlərdə fərdi işlə məşğul olub. Müharibə başlayanda isə könüllü olaraq döyüşlərə qatılıb.

Müharibə vaxtı bir sıra uğurlu əməliyyatlarda iştirak edən Röyal düşmənin canlı qüvvəsinin və texnikalarının məhv edilməsində fəal iştirak edib. Sonuncu dəfə Qubadlı uğrunda gedən döyüşlərdə ürəyindən güllə yarası alır və şəhadətə ucalır. Qəhrəman şəhidimiz ötən il  oktyabr  24-də Şirvan şəhər Şəhidlər xiyabanında dəfn edilib.

Torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda gedən döyüşlərdə göstərdiyi igidlik və şücaət yüksək qiymətləndirilib. Şəhid əsgər Röyal Məmmədov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına " və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub. Röyalın böyüyüb boya-başa çatdığı küçədə onun adını daşıyan şəhid bulağının açılışı olub. Açılış mərasimində şəhər icra hakimiyyətinin əməkdaşları, şəhər sakinləri və şəhidin döyüş yoldaşları iştirak edərək bir daha qəhrəmanımızı yad ediblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti