Xəzər Xəbər

Yaşayış binasının yaxınlığında qumbara tapılıb VİDEO

Veb TV | 21:02 • 22 Avqust 2021
Yaşayış binasının yaxınlığında qumbara tapılıb

Sumqayıt şəhərində, yaşayış binasının yaxınlığında tank əleyhinə qumbara tapılıb.

Xezerxeber.az-ın məlumatına görə, partlayıcı Sumqayıt şəhərində,10-cu mikrorayon ərazisində ötən gün saat 20:30 radələrində aşkar edilib.

Tank əleyhinə qumbaranı görən şəxs dərhal bu barədə DİN-nin 102 xidmətinə məlumat verib. Əraziyə Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları cəlb olunub.  Sakinlər həmin ərazidən uzaqlaşdırılıblar.

Zibil qutusunun yaxınlığlında aşkar edilən partlayıcının Rusiya istehsalı olan tank əleyhinə qumbara olduğu bildirilir. Xoşbəxtlikdən qumbara atılan zaman partlamayıb.

Daxili Qoşunların əməkdaşları tərəfindən qumbara ərazidən uzaqlaşdırılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: 

Xəbər lenti