Xəzər Xəbər

Lənkəranda “patı” ƏMƏLİYYATI: Biri qadın olmaqla 16 nəfər tutuldu VİDEO

Veb TV | 20:04 • 23 İyul 2021
Lənkəranda “patı” ƏMƏLİYYATI: Biri qadın olmaqla 16 nəfər tutuldu

Polis əməkdaşlarının üç müxtəlif rayonda  keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası və satışı ilə məşğul olmaqda şübhəli bilinən 19 nəfər saxlanıb. Faktlarla bağlı cinayət işi başlanıb

Lənkəranda növbəti "patı" əməliyyatı keçirilib. Biri qadın olmaqla, 16 nəfər saxlanıb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Valeh Bayramlı saxlanıb. Onun üzərindən 147 qram metamfetamin və 105 qram heroin, həmçinin 1 ədəd elektron tərəzi aşkarlanıb. 

Şöbə əməkdaşlarının keçirdiyi digər əməliyyatla Lənkəran rayon sakinləri - Rahid Rəhimov, Əfqan Muradov, İman Bağırov, Elşən Yaqubov, Natiq Bağırov, Cavid Məmmədov, Rahid Əliyev, Ellada Qasımova və evində tiryəkxana təşkil edən Oqtay Hüseynov saxlanıblar. Onlardan ümumilikdə 48 bükümdə heroin və metamfetamin, 2 ədəd elektron tərəzi aşkarlanıb.

Liman polis bölməsinin əməkdaşlarının keçirdikləri ardıcıl əməliyyat tədbirləri ilə rayonun Göyşaban kənd sakinləri - Anar Xəlilov, Həsən Qurbanov, Rasim Cavadov, Cəfər Mustafayev, Qiyamət Abızadə və Valeh Nəcəfov saxlanıblar. Onlardan ümumilikdə 54 ədəd bükümdə heroin və metamfetamin, 6 ədəd elektron tərəzi aşkarlanıb

Saatlı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakini, 57 yaşlı Ramiz Nəciyev şübhəli şəxs qismində saxlanıb.

Dindirilmə zamanı Ramiz Nəciyev qanunazidd əməllə məşğul olduğunu etiraf edib.

Daxil olmuş məlumat əsasında Tərtər rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Mehman Ocaqov saxlanıb. Onun üzərinə baxış keçirilən zaman 2 bükümdə heroin aşkar edilərək götürülüb.

Keçirilmiş növbəti tədbirlər zamanı rayonun Düyərli kənd sakini Vüsal Ağayev də saxlanıb. Onun evinə baxış keçirilən zaman 4 bükümdə heroin və 2 bükümdə "patı" aşkar edilərək maddi sübut kimi götürülüb.

Bütün faktlarla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

 

 

Xəbər lenti