Xəzər Xəbər

Əli Əhmədov: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Gündəm | 11:31 • 7 May 2024
Əli Əhmədov: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Azərbaycan ərazilərinin minalardan təmizlənməsi işini BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə Dialoq layihəsinə salınması təşəbbüsü ilə çıxış edib.

Xezerxeber.az xəbər verir ki, bu sözləri Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov deyib.

O bildirib ki, bu gün dünyanın 60-da çox ölkəsinin ərazisində 120 milyon mina basdırılıb.

“Bunlar insanların həyatı üçün çox təhlükəlidir. Hərbi münaqişələr başa çatsa da onun fəsadı olan basdırılmış minalar mülkü əhalinin yaşamasına mane olur. Bu baxımdan Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir. Bu gün dünyada baş verən geosiyasi dəyişikliklər, hərbi münaqişələr BMT-nin qlobal çağırışlarla əlaqədar layihəsinin həyata keçirilməsini ləngidir. Lakin buna baxmayaraq Azərbaycan dayanıqlı inkişafını davam etdirir. Azərbaycan özünün Milli İnkişaf Proqramını BMT-nin DİM proqramı ilə uzlaşdırıb”, - deyə Ə.Əhmədov vurğulayıb.

Xəbər lenti

Çox oxunanlar