Xəzər Xəbər

Prezident İlham Əliyevdən Xankəndi ilə bağlı önəmli mesajlar VİDEO

Veb TV | 491 | 20:13 • 23 İyul 2021
Prezident İlham Əliyevdən Xankəndi ilə bağlı önəmli mesajlar

Xankəndi Azərbaycan şəhəridir, bu, tarixən belə olub və bundan sonra da belə olacaq. Bütün proseslərdən xəbərdarıq. Doğma torpağımıza nəzarət edir, olub-bitənləri diqqətdə saxlayırıq.  Ermənilərin  statusla bağlı fikirləri isə sadəcə fikirdir. Bu xülyanın gerçək olmayacağını onlar özləri hamıdan yaxşı bilirlər. 

Xankəndidə baş verənlərdən Azərbaycan hökuməti xəbərdardır. Çünki ərazi bizimdir və təbii olaraq nəzarət də bizim əlimizdədir. Ermənilərin arzuladığı statusa gəldikdə isə, onu Ali Baş Komandan İlham Əliyev çoxdan ləğv edib. 

Millət vəkili Sahib Alıyev deyir ki, status məsələsinin mümkünsüz olduğunu əslində ermənilər özləri də bilirlər. Çünki bunun üçün onların nə tarixi, nə hüquqi, nə də sosial əsasları var. 

Millət vəkilinin sözlərinə görə, əli azərbaycanlıların qanına batmış bir adamın adını Azərbaycan şəhərinə vermək böyük ədalətsizlikdir və Stepanakert adlı şəhər heç vaxt Azərbaycanda mövcud ola bilməz. Xankəndidə hələ də məskunlaşanlara gəldikdə isə, onlar Ermənistan ordusunun tör-töküntüləri və keçmiş seperatçı rejimin ünsürləridir.

Millət vəkilinin sözlərinə görə, bütün bu məsələlər ilə bağlı Azərbaycan-Rusiya razılaşması da var və iki ölkənin mövqeləri üst-üstə düşür. 

 

Xəbər lenti