Xəzər Xəbər

COVID-19 pasportu olmayanlar toya buraxılmadı - 12 restoran sahibi cərimələndi, 3 restoran sahibi... VİDEO

Veb TV | 19:35 • 23 İyul 2021
COVID-19 pasportu olmayanlar toya buraxılmadı - 12 restoran sahibi cərimələndi, 3 restoran sahibi...

Şadlıq evlərində reydlər davam etdirilir. Sumqayıtda keçirilən reyd zamanı məlum olub ki, restoran sahibləri nə gələnlərin sayına nəzarət edir, nədəki toya dəvət edilən vətəndaşların COVID-19  pasportları var. Qaydalara əməl etməyən 12 restoran cərimələnib, 3 restoran sahibinə isə cinayət işi açılıb

Nə  saya əməl edilir, nədəki, gələn qonaqların COVID-19 posportları  var.

Görüntülər Sumqayıt şəhərində restoranlarda keçirilən reyddəndir.

Reyd  zamanı məlum olub ki,  mövcud tələblər pozularaq toylarda icazə verilən saydan artıq qonaqlar iştirak edib. Eləcədə mərasimlərə qatılan şəxslərin əksəriyyətinin vaksinasiya olunmalarını təsdiq edən COVID-19 pasportu  yoxdur. 

Edilən xəbərdarlıqlara məhəl qoymayaraq karantin qaydalarına zidd toy məclisi təşkil etdiyi üçün Sumqayıda 3 restoran sahibinə qarşı cinayət işi açılıb.

Bildirildi ki, şadlıq saraylarında  50 nəfərə qədər olan məclisdələrdə tibbi maskadan istifadə mütləqdir. 150 nəfərə qədər olan məclislərdə isə vətəndaşlardan COVİD 19  pasportunun olması tələb olunur.

Qeyd edək ki, Sumqayıt şəhəri ərazisində karantin qaydalarına əməl olunmasına nəzarəti gücləndirmək məqsədi ilə şadlıq evləri və digər qapalı məkanlarda polis əməkdaşları tərəfindən profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.

Xəbər lenti

Çox oxunanlar