Xəzər Xəbər

Şagirdlər böyük summativ qiymətləndirmənin ləğv edilməsini istəyirlər VİDEO

Veb TV | 19:32 • 14 May 2021
Şagirdlər böyük summativ qiymətləndirmənin ləğv edilməsini istəyirlər

Şagirdlər yarımilin sonunda böyük summativ qiymətləndirmənin əyani keçiriləcəyindən  narazıdırlar.

Bildirilər ki, pandemiya dövründə  dərslərin onlayn keçirilməsi fənlərin mənimsənilməsində çətinlik yaradıb. Bu da əyani keçiriləcək qiymətləndirmənin nəticələrinə mənfi təsir edir.

Xezerxeber.az-ın məlumatına görə, bir qrup şagird tvitter sosial şəbəkəsində "bsq ləğv olunsun" həştəqi ilə  kampaniyaya da başlayıblar.

Təhsil eksperti Kamran Əsədov deyir ki, şagirdlərin pandemiya dövründə dərslərin mənimsənilməsilə bağlı narahatlıqları  başadüşüləndir.

Qeyd edək ki, II-IX siniflərdə yarımilin sonunda bütün fənlər üzrə summativ qiymətləndirmə əyani, X və XI siniflərdə isə distant formada aparılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti