Xəzər Xəbər

60 hektar sahədə pambıq əkdi, toxum cücərmədi - Fermer ona keyfiyyətsiz toxum verildiyini iddia edir VİDEO

Veb TV | 20:31 • 14 May 2021
60 hektar sahədə pambıq əkdi, toxum cücərmədi - Fermer ona keyfiyyətsiz toxum verildiyini iddia edir

Salyan rayonunda yaşayan fermer böyük bir ərazidə pambıq əksə də, məhsulun çıxış vaxtı çətinliklə üzləşib.

Xezerxeber.az-ın məlumatına görə, təsərrüfat sahibi Novruz Əzizov "P-AGRO" MMC ilə müqavilə bağlayaraq  60 hektar sahədə pambıq əkib.

Fermerin sözlərinə görə, əkin prosesində aqrotexniki qaydalara tam əməl edib, mineral gübrələrdən vaxtlı-vaxtında istifadə edib. Amma məhsulun inkişaf dövründə toxumun çürüdüyünü görüb.

Fermer deyib ki, hazırki mərhələdə pambığın kultivasiyası aparılmalıdır. Amma çıxış ala bilmədiyi üçün yenidən əkin aparıb. 

Novruz Əzizovun sözlərinə görə, ikinci əkinin aparılması üçün ona toxumu verən müəsssisə tərəfindən heç bir köməklik göstərilmir.

Məsələ ilə bağlı "P-AQRO" MMC-nin Salyan filialının direktoru Mərdan Cəlilov "Xəzər Xəbər"ə bildirib ki, toxumların çürüməsi çiyidin erkən əkilməsi və havaların soyuq keçməsi ilə əlaqədardır. Çürümənin toxumun keyfiyyəti ilə heç bir əlaqəsi yoxdur.

Mərdan Cəlilov onu da əlavə edib ki, bütün bunlara baxmayaraq, müəssisə hər zaman fermerin yanındadır və təkrar əkin aparmaq üçün ona hər cür dəstək göstəriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti