Xəzər Xəbər

İfası ilə Cıdır düzünə səs salan Kənan Bayramov təəssüratlarını bölüşüb VİDEO

Veb TV | 19:43 • 14 May 2021
İfası ilə Cıdır düzünə səs salan Kənan Bayramov təəssüratlarını bölüşüb

Xəbər verdiyimiz kimi, bu günlərdə Şuşada “Xarıbülbül” musiqi festivalı keçirildi. Festivalda gənc qarabağlı ifaçı Kənan Bayramov "Bayatı şiraz" muğamı ifa etdi.

Xezerxeber.az-ın məlumatına görə, onun avazı Cıdır düzündə, dağlarda, qayalarda, Topxana meşəsində əks-səda doğurdu. 14 yaşlı Kənanın ifası həm də duyğulu anlara səbəb oldu.

Kənan Şuşada-Cıdır düzündə elə bir zəngulə vurdu ki, əks sədası illərdir düşmən əsarətində qalan qayalardan, dağlardan da eşidildi. Elə bir səs ki, ölkə prezidentini belə kövrəldib, bütün diqqətini "Bayatı-Şiraz"a köklədi.

Dinlədikcə biz də  özümüzü Şuşada-"Xarıbülbül" festivalında hiss etdik. Və ilk dəfə idi ki, hamımız gülə-gülə ağlayırdıq.

Kənan Bayramov xanəndə, Əməkdar artist Təyyar Bayramovun oğludur. Cəmi 14 yaşı olan bu oğlan 28 il sonra "Bayatı-Şiraz"ı Şuşada, məhz Cıdır düzündə səsləndirərək, hətta atasını da kövrəldib.

Gənc xanəndə ifasını alqış sədaları altında da sona çatdırıb. Gənc ifaçı təəssüratlarını "Xəzər Xəbər"lə bölüşüb. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti