Xəzər Xəbər

Bu ilin üç ayında yol qəzalarında 125 nəfər həlak olub video

Veb TV | 20:06 • 9 Aprel 2021
Bu ilin üç ayında yol qəzalarında 125 nəfər həlak olub

Bu ilin üç ayı ərzində yol qəzalarında 125 nəfər dünyasını dəyişib, 370 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Bunu "Xəzər Xəbər"ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev deyib.

Şöbə rəisi bildirib ki, bu ilin üç ayı ərzində ölkə ərazisində ölüm və xəsarətlə nəticələnən 376 yol-nəqliyyat hadisəsi baş verib. Bu il avtoqəzalar və ölüm halları ötən ilin ilk üç ayı ilə müqayisədə xeyli azalıb.

Aparılmış təhlillər göstərir ki, 365 yol-nəqliyyat hadisəsi məhz sürücülərin yol hərəkəti qaydalarını pozması nəticəsində baş verib. Bu da ümumi hadisələrin 97 faizini təşkil edir.

Həlak olan 125 nəfərdən 50-i piyada, 42-i sürücü, 29-u sərnişin, 3-ü velosipedçi, 1-i isə digər yol hərəkət iştirakçısı olub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti