Xəzər Xəbər

"103.3 FM"də qalın - "Araz" radiosu 10 yaşını qeyd edir VİDEO

Veb TV | 19:32 • 4 Aprel 2021
"103.3 FM"də qalın -  "Araz" radiosu 10 yaşını qeyd edir

Bu gün milyonların sevə-sevə dinlədiyi "Araz" radiosu 10 yaşını qeyd edir. Xəzər Media Mərkəzinə daxil olan bu radiostansiyanın ən böyük üstünlüyü bütün bölgələrdə yayımlanmasıdır. Maarifləndirmə sahəsində öncül mövqeyini qoruyub saxlayan "Araz FM" vətən müharibəsində də birlik nümayiş etdirib. 

Hər gün bu cür tamaşaçılara səslənən Araz FM-in 10 yaşı tamam olur. Xəzər Media Mərkəzinə daxil olan bu radiostansiya 2011-ci il aprelin 4-də təsis olunub.

Milli adət-ənənələri yaşadan bu radio həm də xoşbəxt ailələrin qurulmasına səbəb olub. 

Araz FM hər zamankı kimi Vətən Müharibəsində də birlik nümayiş etdirib. Müharibənin ilk günündən məlumatları dinləyicilərə operariv və dəqiq çatdırmaq üçün verilişlərin formatında dəyişiklik edilib.

103.3 FM dalğasında yayımlanan Araz radiosu maarifləndirmə sahəsində də öncül mövqeyini qoruyub saxlayır.

Gələcəklə bağlı planların başında isə Araz FM-in də Böyük Qayıdışda iştirak etməsidir. 

Dinləyicilərə işğaldan azad edilmiş ərazilərdən də səslənməyiniz diləyi ilə, əziz həmkarlar. 10 illiyiniz mübarək!

Xəbər lenti