Xəzər Xəbər

COVAX Azərbaycana vaksinlərin ilk partiyasını göndərdi VİDEO

Veb TV | 19:45 • 4 Aprel 2021
COVAX Azərbaycana vaksinlərin ilk partiyasını göndərdi

Nəhayət ki, ölkə rəhbərliyinin israrlı tələblərinin ardından COVAX platforması çərçivəsində Azərbaycana koronavirus əleyhinə vaksinlər gətirildi.  İlkin mərhəldə ''AstraZeneka'' şirkətinə məxsus 84 min doza peyvənd təqdim edilib. Proses mərhələli şəkildə davam etdiriləcək və mayın sonuna qədər ilk partiyadan 5 dəfə çox vaksin gətiriləcək.

Azərbaycana COVAX platforması çərçivəsində yeni növ koronavirusa qarşı vaksin gətirilib. Koreyadan "AstraZeneca" şirkətinə məxsus 84 000 doza vaksin yüklü təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib. 

Səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib ki, xəstəliklə mübarizədə effektiv üsul peyvəndləmədir. Bunun üçün ölkədə həm ikitərəfli, həm də multiplatforma çərçivələrində addımlar atılıb.

Azərbaycan hökuməti vaksinasiyanı erkən başlatmaqla artıq çox uğurlu iş görüb-deyən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib ki, gələcəkdə digər peyvəndlərin də çatdırılması peyvənd seçiminə imkan verəcək.

UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardin qeyd edib ki, bu peyvəndin ölkəyə gətirilməsi tam şəkildə hökumət tərəfindən maaliyyələşdirilib. Burda Səhiyyə Nazirliyinin və İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyinin səylərini xüsusi vurğulamaq lazımdır.

BMT-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri Qulam İsakzai Azərbaycan hökümətini peyvəndləmə prosesində aktiv iştirak etdiyi və bunun üçün çox böyük səylər göstərdiyi üçün təbrik edib. 

Bildirildi ki, Azərbaycana koronavirus əleyhinə vaksinlərin gətirilməsi işi mərhələli şəkildə davam edir. Bu yaxınlarda Çindən daha 150 min doza yeni vaksin gətiriləcək.

 

Xəbər lenti