Xəzər Xəbər

Sürücülər arasındakı mübahisə qanla bitə bilərdi - Polis görüntüləri araşdırır VİDEO

Veb TV | 20:17 • 4 Aprel 2021
Sürücülər arasındakı mübahisə qanla bitə bilərdi - Polis görüntüləri araşdırır

Bakıda sürücülər arasındakı mübahisə qanla bitəcəkdi. Hadisə paytaxt Bakıda, Abdulvahab Salamzadə küçəsində qeydə alınıb. Sürücülərdən biri iddia edir ki, digər sürücü həm qaydaları pozub, həm də ona bıçaqla hədə-qorxu gəlib. Hadisə anı hədə-qorxuya məruz qalan sürücünün avtomobilindəki videoregistrator tərəfindən qeydə alınıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, görüntülər araşdırılacaq və lazımi tədbirlər görüləcək. 

Sürücülər arasındakı bu dialoq paytaxt Bakıda aprel 1-də Abdulvahab Salamzadə küçəsində yaşanıb. Belə ki, yol verməmək üstündə iki sürücü arasında mübahisə düşüb. Hətta sürücülərdən biri digərini bıçaqla hədələyib. 

Həmin anlar hədə-qorxuya məruz qalan sürücünün avtomobilindəki videoregistrator tərəfindən qeydə alınıb. Görüntüləri qeydə alan avtomobilin sürücüsü iddia edir ki, Abdulvahab Salamzadə küçəsində hərəkətdə olarkən ikinci dərəcəli yoldan gələn 99-VG-885 qeydiyyat nişanlı avtomobilin sürücüsü yol vermək əvəzinə, işıq siqnalı verərək onun gözlərini qamaşdırıb.Daha sonra onun qarşısına keçərək avtomobildən düşüb və bıçaqla hədə-qorxu gəlib.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirir ki, Yol hərəkəti haqqında qanunun 36-cı maddəsində əslində bu cür situasiyalardan bəhs edilir. Bildirilir ki, belə hallarda istənilən sürücü iradını etika çərçivəsində bildirə bilər. Əgər hansısa sürücü qayda pozuntusuna yol veribsə, o zaman məsələni hüquq mühafizə orqanları nəzarətə götürməlidirlər. 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən isə bildirildi ki, görüntülər əsasında araşdırma aparılacaq və qanuna müvafiq olaraq tədbir görüləcək.

 

Xəbər lenti

Çox oxunanlar