Xəzər Xəbər

Millət vəkili toylara icazə verilməsini istəyir - Operativ Qərargaha çağırış video

Veb TV | 12:55 • 27 Mart 2021
Millət vəkili toylara icazə verilməsini istəyir - Operativ Qərargaha çağırış

Restoranlarda toyların keçirilməsinə icazə verilməsi məsələsinə baxılmalıdır. Pandemiya uzun müddət davam etsə və toyların keçirilməsinə icazə verilməsə, bunun sonradan mənfi təsirləri ola bilər. Ona görə də hesab edirəm ki, toyların təşkil edilməsi mümkündür. 

Xezerxeber.az xəbər verir ki, bunu millət vəkili Razi Nurullayev deyib. 

O təklif edib ki, rayonlarda gündüz saat 12-dən 4-ə kimi çöl şəraitində toy təşkil etmək olar: "Hətta Bakıda da belə toy təşkil etmək mümkündür. Açıq havada pandemiyanın yayılması təhlükəsinin olduğunu düşünmürəm. Bir ildən çoxdur ki, toyların keçirilməsi qadağan edilib. Amma insanların arzuları, tələbləri var. Biz də şənliklərin təşkil edilməsinə icazə verilməsini istəyirik. Ona görə də Operativ Qərargaha təklif edirəm ki, həm rayonlarda, həm də Bakıda açıq havada toyların keçirilməsinə icazə verilsin. Qapalı məkanlarda da 50-100 nəfərlik şənlik təşkil etmək olar. Onsuz da hazırda qapalı məkanlarda sıxlıq var və insanlar yığıncaq təşkil edirlər. Əgər biz buna getməsək, insanların sosial-psixoloji vəziyyəti gərginləşəcək". 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti