Xəzər Xəbər

Avropa İttifaqı və COVAX şirkəti vaksinlərin paylanmasında ayrı-seçkiliyə yol verir

Veb TV | 22:19 • 26 Mart 2021
Avropa İttifaqı və COVAX şirkəti vaksinlərin paylanmasında ayrı-seçkiliyə yol verir

Avropa İttifaqı bu siyasəti ilə bir daha sübut etdi ki, öz missiyasında ədalətsizliyə yol verməkdə maraqlıdır. Bununla yanaşı, COVAX şirkətinin Avropada koronavirus əleyhinə istehsal olunan bir neçə vaksini Azərbaycana göndərməməsi, bu məsələyə nəzarət edən Avropa İttifaqının səhiyyə məsələsində də ikili standarta yol verdiyini göstərir.

Xezerxeber.az-ın məlumatına görə, bunu millət vəkili Vüqar İsgəndərov deyib.

O hesab edir ki, COVAX şirkəti tərəfindən dost Gürcüstana artıq ilk partiya vaksinlər çatdırılıb, amma Azərbaycana verilməyib. Bu isə Azərbaycan cəmiyyətində haqlı narazılıq yaradır. Çünki bu cür yanaşma qeyri-ciddidir və nəticədə ölkəmizdə COVAX-a olan etibarı heçə endirir.

Qeyd edilib ki, pandemiya ilə mübarizədə qlobal səyləri səfərbər edən, önəmli təşəbbüslərlə çıxış edən və 30 ölkəyə yardım göstərən Azərbaycana qarşı ikili standartlara, qeyri-ciddi yanaşmaya yol verən Avropa İttifaqı bu məsələdə də ayrı-seçkilik edir.

Vüqar İsgəndərovun sözlərinə görə, hər zaman fors-major situasiyalara hazır olan Azərbaycan dövləti bu dəfə də müsbət mənada fərqlənir. Azərbaycan dövləti COVAX-ın ilkin vədlərinə baxmayaraq öz işini sığortalayıb və Çindən lazımi sayda keyfiyyətli vaksinin vaxtında tədarükünü təmin edib. Məhz bunun nəticəsidir ki, ölkəmizdə yarım milyondan çox vətəndaşımıza vaksin vurulub və proses uğurla davam edir.

Millət Vəkili Məlahət İbrahimqızı isə bildirdi ki, Azərbaycan COVID-19 pandemiyası ilə mübarizədə qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olub və bu istiqamətdə bir sıra dəyərli təşəbbüslərlə çıxış edib.Bundan başqa, ölkəmiz beynəlxaq əməkdaşlıqda etibarlı tərəfdaş olmasına baxmayaraq, sanki Avropa İttifaqı bu addımları görməzdikdən gəlir. Bu hal isə Avropa İttifaqının əsl xislətini ortaya çıxarır.

Əslində, bu məsələdə Avropa İttifaqı COVID-19-a qarşı inkişaf səviyyəsindən və  dini mənsubiyyətindən asılı olmayaraq, bütün ölkələrə eyni gözlə baxmalıdır. Ancaq təəssüflər olsun ki, həm COVAX şirkəti, həm də Avropa İttifaqı öz üzərlərinə götürükləri vəzifələri yerinə yetirə bilmədilər.

Qeyd edək ki, Azərbaycan COVAX platforması çərçivəsində "Pfizer-BioNTech" vaksinlərini əldə edəcək 18 ölkə siyahısına daxil edilməyib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti