Xəzər Xəbər

Birgə Monitorinq Mərkəzində Novruz mətbəxi təşkil edilib video

Veb TV | 14:08 • 27 Mart 2021
Birgə Monitorinq Mərkəzində Novruz mətbəxi təşkil edilib

Ağdam rayonu ərazisində fəaliyyət göstərən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində Azərbaycan Milli Kulinariya Assosiasiyasının təşəbbüsü ilə Novruz mətbəxi təşkil edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, tədbirdə professor Tahir Əmiraslanov xalqımızın qonaqpərvərliyi, Novruz adət-ənənələri, bayramda bişirilən şirniyyatların mənaları barədə hərbi qulluqçulara ətraflı məlumat verib.

Sonda tədbir iştirakçılarına Assosiasiyanın diplomları və professor T.Əmiraslanovun müəllifi olduğu kitablar təqdim olunub, nahar təşkil edilib.

Xəbər lenti