Xəzər Xəbər

Qaxda narkotik alverçisindən 10 kiloqram marixuana götürüldü VİDEO

Biləsuvarda Bakı sakinlərindən 3 kq-dan artıq narkotik vasitə götürüldü
Veb TV | 20:14 • 9 Mart 2021
Qaxda narkotik alverçisindən 10 kiloqram marixuana götürüldü

Biləsuvarda polis əməkdaşları bir avtomobili şübhəli bildikləri üçün saxlayıblar. Həmin avtomobildən 3 kq dan çox heroin aşkarlanıb. Qaxda isə narkotikə görə saxlanan 2 nəfərdən birinin evindən 10 kq-a yaxın marixuana tapılıb.

Biləsuvarda saxlanılan Bakı sakinlərinin olduğu avtomobildən külli miqdarda heroin aşkarlanıb.

Rayon polis şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhəri qaradağ rayonunun sakinləri Anar Nəsirov və Anar Feyzullayev sonuncunun idarə etdiyi   avtomobildə Biləsuvar rayonu ərazisində saxlanaraq polis şöbəsinə gətiriliblər. Baxış zamanı həmin avtomobildən Anar Nəsirova məxsus çəkisi 3 kiloqram 230 qram olan narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.

Qaxda da  narkotik əməliyyatı keçirilib. əvvəlcə rayonun Əmircan kənd sakini, əvvəllər də məhkum olunmuş Novruz Nəbiyev  şübhəli şəxs qismində saxlanıb. Onun üzərinə baxış zamanı  163 qramdan artıq qurudulmuş marixuana aşkar edilib. Araşdırma zamanı o, narkotik vasitəni cəzaçəkmə müəssisəsində tanış olduğu rayonun Əlibəyli kənd sakini,  əvvəllər məhkum olunmuş  Martiko Aslamazaşvilidən aldığı müəyyən olunub. Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı ünvana da baxış keçirilib və oradan 10 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb. Martiko Aslamazaşvili isə tutularaq istintaqa cəlb olunub.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

 

 

Xəbər lenti