Xəzər Xəbər

Hökumətin hesabatı Milli Məclisə daxil oldu VİDEO

Veb TV | 20:04 • 9 Mart 2021
Hökumətin hesabatı Milli Məclisə daxil oldu

İşğaldan azad edilmiş ərazilərdəki əkin sahələrindən 148 ədəd müxtəlif növ hərbi sursatlar aşkar edilib. Bu barədə Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında qeyd olunub. Hesabatda həmçinin vətən müharibəsi zamanı  mülki əhaliyə, dövlət əmlakına və sahibkarlıq subyektlərinə dəymiş ziyan da açıqlanıb.

İşğaldan azad edilmiş rayonlarda əkin sahələrində tapılmış mina və hərbi sursatların sayı açıqlanıb.

Kənd Təsərrüfatı Nazirliyinin sifarişi əsasında Ağdam, Zəngilan və Qubadlı rayonlarının ərazisində əkin sahələrinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı həyata keçirilib. Bu barədə Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında qeyd edilib. Bildirilib ki, 2020-ci ilin 15 dekabr tarixindən başlamış əməliyyat-axtarış tədbirləri zamanı 326 hektar ərazi yoxlanıb, 24 ədəd partlamamış hərbi sursat, 5 ədəd bombacıq və 119 ədəd müxtəlif çaplı patronlar aşkar edilib.

Həmçinin ötən ilin sentyabrın 27-dən başlayaraq Ermənistanın Azərbaycan ərazisinə təcavüzü nəticəsində kənd təsərrüfatı texnikası, məhsulları və heyvanları üzrə mülki əhaliyə, dövlət əmlakına və sahibkarlıq subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası yaradılıb. Komissiyanın qiymətləndirmələrinə əsasən, kənd təsərrüfatına dəymiş ziyanın məbləği 1 mln 281 min manat müəyyənləşdirilib.

Ümumlikədə 7 rayon - Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Füzuli, Cəbrayıl və Goranboy üzrə 1560 baş iri və xırdabuynuzlu mal-qara, 34 baş at, 107 arı yeşiyi, 6701 ev quşu tələf olub, 14 min 107 ot bağlaması yanıb, 31 kənd təsərrüfatı texnikasına ziyan dəyib.

Hesabatda o da qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə geniş sənaye xammalı potensialı mövcuddur. Bu ərazilər özünəməxsus geoloji quruluşa, filizsaxlayan komplekslərə, geoloji tektonik inkişaf şəraitinə, metallogenik xüsusiyyətlərə, bir çox filiz və qeyri-filiz faydalı qazıntı yataqlarına malikdir. Hesabata əsasən, bu bölgədə ehtiyatları təsdiq olunmuş 167 müxtəlif növ faydalı qazıntı yataqları, yeraltı şirin su və mineral su ehtiyatları aşkarlanıb.

 

 

Xəbər lenti

Çox oxunanlar