Xəzər Xəbər

Qubada evdən oğurluq edən üç nəfər saxlanılıb VİDEO

Qubada polis əməkdaşları iki oğurluq faktının üstünü açıb.
Veb TV | 20:28 • 9 Mart 2021
Qubada evdən oğurluq edən üç nəfər saxlanılıb

Qubada polis əməkdaşları iki oğurluq faktının üstünü açıb. Keçirilən əməliyyatlarla evlərdən oğurluq edən 3 nəfər saxlanıb.

Quba rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanıblar. Söhbət rayon sakinləri Murad Əliyev və Zaur İlyasovdan gedir

Hər iki şəxs rayonun Birinci Nügədi kəndində bir mənzilə daxil olaraq oradan televizor, paltaryuyan maşın, xalça va bir sıra xırda məişət avadanlıqları oğurlayıblar. Onlar həmin əşyaların bir qismini dəyərindən ucuz qiymətə satıblar. Əşyaların digər qismi isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.
 
Polis əməkdaşlarının keçirdikləri digər əməliyyatla həmkəndlisinin evindən oğurluq edən Qaraçay kənd sakini Bayram Əmrəliyev də saxlanıb. O, Çingiz İsmayılova məxsus evin şüşələrini sındırmaqla mənzilə daxil olub. Oradan bir ədəd televizor, bir ədəd tozsoran, iki ədəd samovar, 1 ədəd drel və 50 metrlik üç top elektrik naqili oğurlayıb.

Hazırda hər iki fakt üzrə cinayət işi başlanıb, istintaq davam edir.

Xəbər lenti

Çox oxunanlar