Xəzər Xəbər

İnfeksionist xəbərdarlıq etdi: Yoluxma sayı artmaqda davam edərsə, qaydalar sərtləşdirilə bilər VİDEO

Son günlər koronavirusa yoluxanların sayında artım müşahidə olunur.
Veb TV | 20:54 • 8 Mart 2021
İnfeksionist xəbərdarlıq etdi: Yoluxma sayı artmaqda davam edərsə, qaydalar sərtləşdirilə bilər

Son günlər koronavirusa yoluxanların sayında artım müşahidə olunur. Qarşıdan bayram günləri gəldiyindən insanların bayramlaşmaq üçün bir araya gələcəyi, təmas hallarının artacağı gözlənilir. Bu isə yoluxma hallarını daha da artıra bilər. Lakin epidemioloji vəziyyət dəyişərsə karantin qaydalarının sərtləşdirilməsi qaçılmaz olacaq. Mütəxəsisslər xüsusilə bayram günlərində diqqətli olmağı,  qabaqlayıcı tədbirlərə ciddi riayət etməyin vacibliyini qeyd edirlər. 

Son günlər koronavirusa yoluxanların sayında artım müşahidə olunur. Ötən həftənin əvvəlində yoluxma sayı 200-ə yaxın idisə həftə sonu  rəqəmlər 3 dəfə yüksələrək 400-ü keçdi. Həkim infeksionist Vüqar Cavadzadə deyir ki, karantin qaydaları yumşaldılanda və sərtləşdiriləndə bunun fərqini açıq-aydın hiss etmək olur. Əgər artım belə davam edərsə, karantin qaydalarının sərtləşdirilməsi qaçılmaz olacaq.

Həkim infeksionist Vüqar Cavadzadə ölkəmizdə aparılan vaksinasiya prosesindən də danışıb. Risk qrupuna daxil  olan şəxslərin vaksinasiya etdirməsinin vacibliyini qeyd edib.

İnkesionist bildirib ki, dövlətimiz tərəfindən ölkəmizə kifayət qədər vaksin gətirilib. Vətəndaşlarımız vaksinasiya prosesində aktiv iştirak etməlidirlər.

Xəbər lenti