Xəzər Xəbər

Beş ay komada qaldı - Vətən müharibəsi şəhidi torpağa tapşırılıb VİDEO

Veb TV | 20:45 • 8 Mart 2021
Beş ay komada qaldı - Vətən müharibəsi şəhidi torpağa tapşırılıb

Vətən müharibəsində qəhrəmanlıqla vuruşaraq yaralanmış qazimiz 5 ay komada qaldıqdan sonra vəfat edib. Zamin Balakişiyev bugün Sabirabad rayonunda torpağa tapşırılıb. Qəhrəman şəhidimiz "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib. 

Vətən müharibəsində ağır yaralanan əsgər Zamin Balakişiyev 5 ay komada qaldıqdan sonra hospitalda vəfat edib. 

Müalicə şəraitində olan qazimizin həyatını xilas etmək mümkün olmayıb və o, şəhidlik zirvəsinə yüksəlib. 20 yaşlı şəhidimiz Sabirabad rayonunun Qaralar kənd qəbiristanlığında dəfn olunub. 

Zamin Balakişiyev 2019-cu ilin aprel ayında hərbi xidmətə yollanıb..Hərbi xidmətdə olduğu zaman vətən müharibəsinə qatılıb. O, bir sıra uğurlu döyüş əməliyyatlarında, xüsusilə də Suqovuşan kəndinin işğaldan azad olunmasında yaxından iştirak edib.

Zamin Balakişiyev "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib. Allah rəhmət eləsin! 

 

 

 

Xəbər lenti