Xəzər Xəbər

Amin Musayev və Bayram Kərimov da evə buraxıldı VİDEO

Veb TV | 21:49 • 31 Dekabr 2020
Amin Musayev və Bayram Kərimov da evə buraxıldı

Vətən müharibəsi zamanı əsir düşən hərbçilərimiz artıq evlərinə qayıtmağa başlayıb. Dekabrın 14-də Ermənistanın əsirliyindən azad edilərək Bakıya gətirilən və indiyə qədər müalicə müəssisəsində saxlanılan hərbiçilərimizin evinə dönüşü də böyük izdihamla qarşılanıb.


Əsir düşən hərbiçilərimizdən daha 3 nəfəri evlərinə qayıdıb.


Şuşa uğurunda gedən döyüşlərdə yaralanıb əsir götürülən Amin Musayevin Ağstafa rayonuna dönüşü böyük izdihamla qarşılanıb.


Aminin bu gün evdə olmağına isə ən çox sevinən anası Hicran xanımdır.Aminin doğmaları daim onun gələcəyinə ümidlərini itirmədiklərini bildiriblər..


Bayram Kərimov isə deyir ki, dekabrın 14-də əsirlikdən azad edilərək Ermənistandan Bakıya gətirilərkən yeriyə bilmirmiş. Ancaq aldığı müalicə nəticəsində artıq özünü yaxşı hiss edir.


Doğmaları onun əsirlikdə olduğu günləri böyük narahatlıqla keçirləsələr də, azad olunacağına ümidlərini heç vaxt itirməyiblər.


Yevlaxın Marzılı kəndində isə gecə yarıdan keçsədə hər kəs oyaqdır. Onlar Nürəddin Yolçuyevi qarşılamaq üçün gözləyirlər.


22 yaşını əsirlikdə tamamlayan Nürəddin Yolçuyev, 2 bacının yeganə qardaşıdır.

 

Talış istiqamətində ayağından yaralanan Nürəddin Yolçuyevin bir müddət müalicəsi davam edəcək.


Xəbər lenti