Xəzər Xəbər

Bu şəxslərin təqaüdləri artırıldı VİDEO

Veb TV | 21:26 • 31 Dekabr 2020
Bu şəxslərin təqaüdləri artırıldı

20 Yanvar şəhidlərinin ailələrinə təsis edilmiş aylıq təqaüdün məbləği 500 manata qaldırılıb. İkinci dünya müharibəsi iştirakçıları üçün prezidentin aylıq təqaüdü 100% artırılıb. Prezident İlham Əliyev "vətən müharibəsi qəhrəmanı" adı verilmiş şəxslərə Azərbaycan prezidentinin təqaüdünün təsis edilməsi haqqında imzaladığı fərmana əsasən, "vətən müharibəsi qəhrəmanı" adı verilmiş şəxslərə prezidentinin təqaüdü təsis edilib və onun aylıq məbləği iki min manat müəyyən olunub.


Şəhid ailələrinə verilən təqaüdün məbləği artırılıb.


Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Fərmana əsasən şəhid ailələri və 20 Yanvar şəhidlərinin ailələri, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşən və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Prezidentin aylıq təqaüdünün məbləği 66,7% artırılaraq 300 manatdan 500 manata çatdırılıb. Prezident İlham Əliyevin daha bir fərmanı isə müharibə və 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin rifah halının yaxşılaşdırılmasına xidmət edir.Belə ki, bu kteqoriyadan olan şəxslər həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə bərabər tutulanlar hərbi xidmət vəzifələrini yerinə yetirməklə və çernobel atom elektrik stansiyasında hərbi xidmətlə əlaqədar əlliliyi olan şəxslər üçün prezidentin təqaüdünün məbləği orta hesabla 50 faizdən çox artırılaraq 1-ci dərəcə əlliliyi olan şəxslər üçün 250 manatdan 400 manata, 2-ci dərəcə əlliliyi olan şəxslər üçün 230 manatdan 350 manata, 3-cü dərəcə əlliliyi olan şəxslər üçün 210 manatdan 300 manata çatdırıldı.


Eyni zamanda bir sıra digər kateqoriyadan olan şəxslərə ödənilən sosial müavinət, təqaüd və pensiya əlavələri də optimallaşdırılıb və artımlar müəyyən edilib.Artımlar yanvarın 1-dən tətbiq ediləcək.


Xəbər lenti