Xəzər Xəbər

Dastana dönən 2020-ci il Azərbaycan üçün necə yadda qaldı? VİDEO

Veb TV | 21:02 • 31 Dekabr 2020
Dastana dönən 2020-ci il Azərbaycan üçün necə yadda qaldı?

Yola saldığımız 2020-ci il müstəqil Azərbaycanın tarixinə şanlı səhifə kimi yazıldı. Prezident, silahlı qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük vətən müharibəsi nəticəsində qarabağ işğaldan azad edildi, xalqımızın 30 illik yurd həsrətinə son qoyuldu. Çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb. Bu ildə dünya koronavirus bəlası ilə üzləşdi. İlk günlərdən Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edən AZərbaycan COVID-19 pandemiyası ilə mübarizədə qlobal müstəvidə fəal rol oynadı. 2020-ci il həmçinin bir sıra mühüm hadisələrlə yadda qaldı.


Bu il Azərbaycanın tarixinə əlamətdar hadisələrlə yazıldı.Ənənəvi uğurlarla yanaşı müstəqil Azərbaycanın tarixində yeni şanlı səhifə açıldı.


Xranoloji ardıcıllığa nəzər salaq. İlin ilk rübündə yanvar ayının 21-i Prezident İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşündə Azərbaycanda regional mərkəzinin yaradılması haqqında niyyət protokolu imzalandı.


Fəvralın 9-u isə Azərbaycanda parlament seçkiləri ilə yadda qaldı.. Milli məclisə seçkilərdə 125 deputat mandatı uğrunda 1314 namizəd mübarizə apardı.


18 mart. tarixində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışı oldu- YOL +


COVID-19 pandemiyası ilə mübarizədə qlobal müstəvidə fəal rol oynayan Azərbaycanda martın 19-da Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı.


Aprelin 2-də Təhsil Nazirliyi tərəfindən yayımlanan teledərslərin interaktivliyini təmin etmək və məsafədən tədris imkanlarını genişləndirmək məqsədilə "Virtual məktəb" layihəsinə start verildi.


İlin yadda qalan əsas hadisələrindən biri 10 aprel tarixində Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunan fövqəladə Zirvə görüşünün keçirililməsi oldu.


Mayın 4-də Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında "COVID-19-a qarşı birlikdəyik" mövzusunda Zirvə görüşü keçirildi.


May ayının 7-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaın iştirakı ilə Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışı oldu.


İl ərzində baş verən mühüm hadisələr fonunda iyul ayının 12-i Ermənistan silahlı qüvvələrinin bölmələrinin Tovuz rayonu istiqamətində təxribatı ilə yadda qaldı .Ermənistan ordusu atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutdu . Azərbaycan Ordusu tərəfindən görülən adekvat tədbirlər nəticəsində düşmən itki verərək geri oturduldu.


10 avqustda Prezident İlham Əliyevin iştirakı ilə "Qarabağ" yatağının dayaq bloku dənizə yola salındı.


27 sentyabr Azərbaycanda böyük vətən müharibəsinin və davamlı qələbəin başlanğıcı kimi yaddaşlara həkk olundu.Məhz Ermənistan silahlı qüvvələrinin bu tarixdə bütün cəbhəboyu genişmiqyaslı təxribat törətməsilə Vətən müharibəsi başladı.Düşmənin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına keçdi. Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək bu barədə məlumat verdi. Hərbi əməliyyatların ilk günü Murovdağ və Ağdərə istiqamətlərində strateji yüksəkliklər və bir sıra kəndlər işğaldan azad olundu.


İlin mühüm hadisələrindən biri sentyabrın 28 -də BMT-nin Baş katibi Antonio Quterreşin təşəbbüsü ilə onunla Prezident İlham Əliyev arasında baş tutan görüş oldu.


oktyabrın 4-də Cəbrayıl şəhəri və rayonun bir neçə kəndi işğaldan azad edildi.Prezident, Ali Baş Komandan İlham Əliyev bu münasibətlə xalqa müraciət etdi.


Ölkəmizin Qələbə marafonu oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunması ilə davam etdi.


11 oktyabrda Ermənistan silahlı qüvvələri Gəncə şəhərini ballistik raketlə atəşə tutdu .10 nəfər həlak oldu, 35 nəfərdən çox insan yaralandı.



Düşmənin xain hücumu 17 oktyabrda da təkrarlandı.Ermənistan silahlı qüvvələri Gəncə şəhərini ikinci dəfə ballistik raketlə atəşə tutdu .13 nəfər həlak oldu, 48-dən çox şəxs xəsarət aldı.


Ancaq bu sarsıdıcı hadisə Azərbaycanın haqq savaşına kölgə sala bilmədi.17 oktyabrda Füzuli şəhəri və rayonun bir neçə yaşayış məntəqəsi işğalçılardan azad olundu.


Milli Müstəqillik günü kimi mühüm bir tarixin əhəmiyyətini daşıyan 18 oktyabr Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması ilə ikiqat əlamətdarlıq qazandı.


2020-ci ilə yazılan şərəfli tarixlərdən biri də 20 oktyabr oldu. Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad olundu.


25 oktyabr isə növbəti qələbə günü kimi tarixə həkk olundu .Rəşadətli Azətbaycan ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etdi.


Oktyabr ayının 28-də Ermənistan silahlı qüvvələri Bərdə şəhərini "Smerç" yaylım atəşli reaktiv sistemdən atəşə tutdu . raket zərbələri nəticəsində 21 dinc sakin həlak oldu, 70-dən çox şəxs isə bədən xəsarəti aldı.


8 noyabrda Qarabağın tacı, döyünən ürəyi Şuşa şəhəri işğaldan azad olundu.


Noyabrın 9-da isə Ermənistanın işğalı altındakı daha 71 kənd, 1 qəsəbə, 8 strateji yüksəklik işğaldan azad olundu .


Noyabrın 10-da Qarabağda atəşkəs barədə üçtərəfli bəyanat imzalandı.


Noyabrın 16-da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində oldular. Prezident İlham Əliyev Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı göstəriş verdi.


Üçtərəfli bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verildi. Həmin gün Azərbaycan Ordusunun bölmələri Ağdam rayonuna daxil oldu.


Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 23-də işğaldan azad edilmiş Ağdam şəhərində oldular. Dövlət başçısı Ağdam məscidinin qarşısında çıxış etdi.


Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarıldı.


Dekabrın 1-də isə Laçın rayonu Azərbaycana təhvil verildi. Həmin gün Azərbaycan Ordusunun bölmələri Laçın rayonuna daxil oldu və rayonda Azərbaycanın dövlət bayrağı qaldırıldı . Bununla da Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı.


Dekabrın 3-də Prezident İlham Əliyevin təşəbbüsü ilə Nyu-Yorkda BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində videoformatda Xüsusi Sessiyası keçirildi. Prezident İlham Əliyev sessiyada çıxış etdi.


Dekabrın 10-da isə Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirildi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Zəfər paradında iştirak etdilər.


23 dekabrda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarında oldular. Müzəffər Ali Baş Komandan Ermənistanın qanunsuz məskunlaşma apardığı Qubadlının Xanlıq kəndində hərbçilərlə görüşdü, Qubadlıda və Zəngilanda Azərbaycan bayrağını ucaltdı.


Xəbər lenti