Xəzər Xəbər

31-ci Beynəlxalq İnformatika Olimpiadasının açılış mərasimi VİDEO

Veb TV | 20:09 • 5 Avqust 2019
31-ci Beynəlxalq İnformatika Olimpiadasının açılış mərasimi

Bakıda keçiriləcək 31-ci Beynəlxalq İnformatika Olimpiadası ilə əlaqədar ölkəmizə 600-dən artıq xarici qonaq gəlib.Bu olimpiadada Azərbaycanı 4 şagird təmsil edəcək.

Bu barədə məlumat Olimpiadanın açılış mərasimində verilib. Mərasimdə dövlət və hökumət nümayəndələri ilə yanaşı xarici qonaqlarda iştirak ediblər. Əvvəlcə Birinci vitse-prezident Mehriban Əliyevanın 31-ci Beynəlxalq İnformatika Olimpiadasının iştirakçılarına ünvanladığı təbrik məktubu oxunub. Məktubda olimpiadanın informatika sahəsində yeni istedadların üzə çıxarılması və gənclərin informatikaya marağının daha da güclənməsinə öz töhfəsini verəcəyi vurğulanıb.

Sonra çıxış edənlər bildiriblər ki, Avqustun 11-dək davam edəcək olimpiadaya 37 ölkə iştriakçı, 1 ölkə isə müşahidəçi qismində qatılıb. Azərbyacan bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib. Müxtəlif bilik yarışlarının keçirilməsinə də xüsusi diqqət yetirilir.

Mərasim bədii hissə ilə davam edib.

Xəbər lenti