Xəzər Xəbər

Dövlətin sosial siyasətinin mərkəzində vətəndaş amili dayanır VİDEO

Veb TV | 20:03 • 5 Avqust 2019
Dövlətin sosial siyasətinin mərkəzində vətəndaş amili dayanır

Azərbaycan dövlətinin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Dövlət başçısının çıxışlarda hər zaman vurğuladığı bu məqam son 6 ayda həyata keçirilən sosial islahatlarda özünü daha qabarıq şəkildə göstərdi.

Bu müddət ərzində iki dəfə sosial paket halında maaş və müavinətlərin artırılması əhalinin böyük bir qisminin social rifahına birbaşa müsbət təsir edib. Millət vəkili Musa Qasımlı bildirir ki, dövlət başçısının sədrliyi ilə son müşavirədə bir sıra müsbət iqtisadi göstəricilər sadalanıb. Maliyyə sabitliyinin olması və insanların bundan faydalanmasının başlıca şərti ölkədə mövcud olan siyasi sabitliklə bağlıdır.

Musa Qasımlı bildirir ki, sosial paketlərin qəbul olunması təsadüfi proseslər deyil. Bunun üçün böyük enerji və maddi imkanlar səfərbər olunub.

Onu da qeyd edək ki, minimal pensiyanin 72 faiz artırılmasına görə, Azərbaycan minimal pensiya üzrə alıcılıq qabiliyyətinə görə MDB də birinci olacaq. Minimal əmək haqqının 250 manata çatdırılmasından sonra isə Azərbaycan bu göstərici üzrə MDB miqyasında ikinci sırada qərarlaşıb.

Xəbər lenti