Xəzər Xəbər

Rusiya qoşunları Xarkov vilayətində Ukrayna ordusunun müdafiəsini yarmağa çalışıb

Dünya | 17:14 • 10 May 2024
Rusiya qoşunları Xarkov vilayətində Ukrayna ordusunun müdafiəsini yarmağa çalışıb

Rusiya qoşunları Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələrinin müdafiəsini yarmağa çalışıb. Hücum dəf edilib və döyüşlər davam edir.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, bu günlərdə Volçanski istiqamətində Rusiya tərəfi idarə olunan bombalardan istifadə etməklə hava zərbələri endirib, gecə artilleriya atəşi təzyiqini artırıblar.

"Təxminən səhər saat 5 radələrində düşmən tərəfindən zirehli texnikanın pərdəsi altında müdafiə xəttimizi yarmaq cəhdi olub", - məlumatda deyilir.

Müdafiə Nazirliyi bildirib ki, qarşı tərəfin hücumu dəf edilib, müxtəlif intensivlikdə döyüşlər davam edir.

“Cəbhənin bu hissəsində müdafiəni gücləndirmək üçün ehtiyat hissələri göndərilib”, - deyə nazirlik əlavə edib.

Xəbər lenti