Xəzər Xəbər

Özünüməşğulluq üçün qeydiyyata alınmış şəxs 3 ildir ki, yol gözləyir - "Məndən sonra müraciət edənlər heyvan alıblar" VİDEO

Veb TV | 19:54 • 10 May 2024
Özünüməşğulluq üçün qeydiyyata alınmış şəxs 3 ildir ki, yol gözləyir -  "Məndən sonra müraciət edənlər heyvan alıblar"

Mal-qara almaq üçün müraciət etsə də, 3 ildir ki, gözləyir.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Yevlax rayonun Ərəbbəsrə kəndində yaşayan Bəxtiyar Şöyübovdan gedir.

Yevlax Rayon Məşğulluq İdarəsində iribuynuzlu mal-qara almaq üçün ilk müraciət 2021-ci ildə qeydə alınıb. Kənd sakininin müraciətindən 3 il vaxt keçməsinə baxmayaraq, hələ də ona növbəsinin çatmadığı bildirilir.

Bəxtiyar Şöyübov iddia edir ki, ondan sonra müraciət edənlər heyvan alıblar.

Dövlət Məşğulluq Agentliyindən  “Xəzər Xəbər”ə bildirildi ki, Yevlax rayon sakini Şöyübov Bəxtiyar Vahid oğlunun məşğulluq imkanları qiymətləndirilib və ilkin mərhələdə proqrama uyğunluğu müəyyən edilərək növbəyə alınıb. Hazırda vətəndaşın statusunda heç bir problem yoxdur. Növbəlilik qaydasına əsasən onun şəraitinə baxış keçiriləcək və proqramın digər mərhələlərinə cəlb ediləcək. Bəxtiyar Şöyübovdan sonra müraciət edənlərə heyvan verilməsi iddiasına isə Agentlikdən münasibət bildirilməyib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti