Xəzər Xəbər

Kür çayı daşıb, Qazaxda torpaq sahələri suyun altında qalıb VİDEO

Veb TV | 19:34 • 10 May 2024
Kür çayı daşıb, Qazaxda torpaq sahələri suyun altında qalıb

Qeyri-sabit hava şəraiti son günlər Kür çayının səviyyəsinin qalxmasına səbəb olub. Nəticədə Qazax rayonunun Aşağı Salahlı və Orta Salahlı kəndinin sakinlərinə məxsus onlarla hektar torpaq suyun altında qalıb. 

Xezerxeber.az-ın məlumatına görə, kənd sakinlərinin çay kənarında yerləşən təsərrüfatları sonuncu dəfə iki il öncə də sel suları altında qalmışdı.

Bu dəfə də sakinlər Kür çayının səviyyəsinin qalxdığını gördükdən sonra sel ehtimalını nəzərə alaraq fermalardan mal - qaralarını vaxtında təxliyə etdiklərindən heyvanlar arasında tələfat olmayıb. Lakin təsərrüfatlara ciddi ziyan dəyib.

Qazax Rayon İcra Hakimiyyətinin Fövqəladə hallar komissiyasından bildirilib ki, hazırda təbii fəlakətin vurduğu ziyanın həcmi müəyyənləşdirilir. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti