Xəzər Xəbər

Ümummilli liderin anadan olmasının 101-ci ildönümü münasibətilə Fəxri xiyabana insan axını olub VİDEO

Veb TV | 20:12 • 10 May 2024
Ümummilli liderin anadan olmasının 101-ci ildönümü münasibətilə Fəxri xiyabana insan axını olub

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə bu il də Fəxri xiyabana insan axını olub.

Xezerxeber.az-ın məlumatına görə, ulu öndərin məzarı önünə tər güllər düzülüb, əklillər qoyulub.

Səhər saatlarından böyükdən-kiçiyə hər kəs ümummilli liderin məzarını ziyarət edib.

Ulu öndərin vətən və xalq qarşısındakı misilsiz xidmətləri bir daha minnətdarlıq hissi ilə xatırlanıb.

Ümummilli liderin xatirəsini yad etməyə gələnlər arasında cəmiyyətin hər təbəqəsindən insanlar var idi. Onlar bu ziyarəti özlərinə mənəvi borc bildiklərini deyirlər. Ümummilli liderin ölkənin inkişafında və müstəqilliyinin möhkəmlənməsində misilsiz rolu olduğunu bildirirlər.

Fəxri xiyabanda yaşanan izdiham Azərbaycan xalqının öz böyük oğluna vəfa borcunun ifadəsidir. Bu sevgi bir daha göstərir ki, ulu öndərin əziz xatirəsi qəlblərdə daim yaşayacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti