Xəzər Xəbər

UEFA Avropa Liqasında yarımfinalın ilk oyunları keçirilib

İdman | 08:09 • 3 May 2024
UEFA Avropa Liqasında yarımfinalın ilk oyunları keçirilib

UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Xezerxeber.az xəbər verir ki, turnirin 1/8 final mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran Almaniya “Bayer”i İtaliyada “Roma”nın qonağı olub.

Matçı fransalı baş hakim Fransua Leteksye idarə edib. Görüş Bundesliqa təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Digər görüş Fransada baş tutub. “Marsel” doğma meydanda İtaliyanın “Atalanta” klubunun müqavimətini qıra bilməyib - 1:1.

Qeyd edək ki, komandalar arasında cavab matçları mayın 9-da keçiriləcək.

Xəbər lenti

Çox oxunanlar