Xəzər Xəbər

Sofiya ilə Bakı arasında birbaşa aviareyslər təşkil ediləcək

İqtisadiyyat | 17:44 • 8 May 2024
Sofiya ilə Bakı arasında birbaşa aviareyslər təşkil ediləcək

Azərbaycan ilə Bolqarıstan arasında əməkdaşlıq əlaqələrinin əsasını enerji sahəsi təşkil edir.

Xezerxeber.az xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-Bolqarıstan biznes forumunda deyib.

O bildirib ki, cari ildə Bolqarıstana təbii qaz ixracının həcmi illik sərfiyyatın 50 faizini ötəcək.

Nazir qeyd edib ki, iki ölkə arasında yaşıl enerji istehsalında da əməkdaşlıq əlaqələri mövcuddur və bu istiqamətdə danışıqlar davam edir.

“Bizim əməkdaşlıq əlaqələrimiz yalnız enerji sahəsi ilə məhdudlaşmır. Hər iki dövlət nəqliyyat, tranzit, logistika sahəsində də əməkdaşlığa hazırdırlar. Bu gün keçirilən biznes forumun da məqsədi iş adamlarının, biznes strukturlarının yaxınlaşmasına və qarşılıqlı faydalı əməkdaşlığına nail olmaqdan ibarətdir. Bu ilin iyun ayında Sofiya ilə Bakı arasında birbaşa təyyarə reysləri açılacaq. Artıq AZAL ilə “BolqarAİR” şirkətləri arasında müvafiq sənəd imzalanıb. Bu reysin açılması hər iki ölkənin turizm sənayesinin inkişafına təkan verməklə yanaşı iş adamlarının da səfərlərinin artmasına səbəb olacaq. Azərbaycan ilə Bolqarıstan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, BMT və digər beynəlxalq platformalarda da yaxın əməkdaşlıq edirlər”, - deyən nazir qarşılıqlı əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyini bildirib.

Xəbər lenti