Xəzər Xəbər

Azərbaycanda elektromobillər üçün yaradılan enerji doldurma məntəqələri ilə bağlı YENİ XƏBƏR VİDEO

Veb TV | 21:15 • 9 May 2024
Azərbaycanda elektromobillər üçün yaradılan enerji doldurma məntəqələri ilə bağlı YENİ XƏBƏR

Elektrik mühərriki ilə işləyən avtomobillər üçün Bakıda və bölgələrdə enerji doldurma məntəqələri yaradılır.

Xezerxeber.az xəbər verir kİ, "Azərişıq" ASC-nin Tədris və innovasiyalar mərkəzinin direktoru Araz Məmmədzadənin sözlərinə görə, sözügedən elektrik doldurma məntəqələrinin Bakı, Qarabağ və Şərqi Zəngəzurda, həmçinin regional magistral yollarda quraşdırılması həyata keçirilir.

Paytaxt və digər böyük şəhərlərdəki enerji doldurma məntəqələrinin hər birində 4 ədəd enerji doldurma cihazı olacaq.

Təkcə Azərişıq deyil, özəl müəssisələr, sahibkarlıq subyektləri də bu sahədə maraqlıdır.

"Xəzər Xəbər"ə verilən məlumata görə, il ərzində ölkədə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin hər birində elektrik doldurma stansiyalarının quraşdırılması planlaşdırılır.

Görülən işlərin hər biri Azərbaycanda elektromobillərdən istifadənin genişləndirilməsinə yönəlmiş strategiyanın tərkib hissəsidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti