Xəzər Xəbər

İtaliyadan gətirdiyi ağaclardan bağ salıb, bol məhsul əldə edir - VİDEO

Veb TV | 20:51 • 7 İyun 2019
İtaliyadan gətirdiyi ağaclardan bağ salıb, bol məhsul əldə edir -

Goranboylu fermer Rasim Nəbiyev İtaliyadan gətirdiyi ərik, alça və şaftalı sortalarını yerli iqlimə uyğunlaşdırlaraq onlardan bol məhsul əldə edib.

Xezerxeber.az-ın məlumatına görə, yerli sortlardan tez yetişir, ilk ilində bar verir, 2-ci ildə isə bir ağacdan 25-30 kiloqrama yaxın ərik dərmək mümkündür.

Növbəti illərdə isə 1 hektar bağdan ən azı 10 ton məhsul götürmək olur.

Bağda alça dərimi yekunlaşs da, hazırda 6 sort ərik və şaftalı yetişmə ərəfəsindədir.

Ölkəmizdə yetişən ərik, alça və digər meyvələr hava şəraitinə uyğun bar verirsə, italyan sortları hər il havadan asılı olamadan yüksək məhsuldarlığı ilə seçilir. Təsərrüfat sahibi ağacları budayaraq çox hündürə qalxmasına imkan vermir. Bu həm yığımı asanlaşdırır, həm də məhsuldarlığı artırır.

Çəkdiyi əziyyətin bəhrəsini görən Rasim Nəbiyev, yetişdirdiyi meyvələri xarici bazara çıxarmağı planlaşdırır. Hazırda Gəncə və Bakı bazarlarında çıxarılan məhsul 2 - 2.50 manata təklif edilir. Ümumlikdə, 8 hektar meyvə bağı olan fermer, təsərrüfatında Kənd Təsərrüfatı Nazirliyində sertifikatlaşdırılmış 25 min çəyirdəkli meyvələrin tinglərini də becərir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar