Xəzər Xəbər

Dəyanətin dəyanətliyi - Qubada hamı bu uşaqdan danışır - VİDEO

Veb TV | 18:57 • 7 İyun 2019
Dəyanətin dəyanətliyi -

Quba rayon Cimi kəndinin VI sinif şagirdi Dəyanət İsrafilovun həmkəndlisi 4 yaşlı Qızbikəni çayda boğulmaqdan xilas etməsi böyük maraqla qarşılanıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə mayın 22-də baş verib.

"Xəzər Xəbər"in əməkdaşları sözügedən kənddə olub və 12 yaşlı xilaskarı danışdırıb. Dəyanət İsrafilov qeyd edib ki, hadisə baş verən zaman çaya balıq tutmağa gedib.

Sonradan məlum olub ki, 4 yaşlı Qızbikənin yanında 3 yaşlı Yusif adlı oğlan uşağı da olub.Yusifi isə bir neçe metr aralıda ölü vəziyyətdə tapıblar.

12 yaşlı Dəyanətin cəsarətli addımı və balaca qızı sudan çıxartması rayonda rəğbətlə qarşılanıb.

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev məktəblini qəbul edib. İcra başçısı balaca qəhrəmana Mübariz İbrahimovun portretini hədiyyə edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti